Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Azərbaycanın İrandakı səfirlyinə silahlı hücumdan şokdadır.
"Azərbaycanın səfirliyinə (İrandakı - İF) növbəti hücumdan şokdayıq, hadisə zamanı bir mühafizə əməkdaşı öldürülüb. Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstək veririk! Daha sonra bu barədə geniş şərh verəcəyik", - Zaxarova RF XİN-in Teleqram kanalında yazıb.
Öncə Azərbaycan XİN məlumat verib ki, 27 yanvar tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. **
R.Əhmədov