Azərbaycan 2022-ci ildə ərzaq məhsullarının idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4% - $2 milyard 363 milyon 142,52 minədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq məhsullarının idxalının strukturunda əsas həcm – 1 milyon 292 min 996,14 ton (artım 12,6%) buğdanın ($436 milyon 551,2 min), 75 min 864,01 ton (artım 2,5 dəfə) qarğıdalının ($24 milyon 155,22 min), 50 min 236,18 ton (artım 7,4%) düyünün ($42 milyon 550,51 min), 14 min 406,16 ton (artım 3,2%) çayın ($75 milyon 469,49 min), 378 min 98,19 ton (azalma 6%) meyvə-tərəvəz məhsullarının ($235 milyon 987,31 min), 44 min 573,24 ton (artım 8,6%) ətin ($84 milyon 263,93 min), 171 min 801,65 ton (artım 10,4%) bitki və heyvan mənşəli yağların ($297 milyon 490,71 min) payına düşüb.
Azərbaycana $108 milyon 181,88 min dəyərində 18 min 562,77 ton kərə yağı (artım 24,3%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 16,25%-i ərzaq məhsullarının payına düşüb.**
N.Abbasova