AvropA İttifaqlının Azərbaycandakı səfiri Peter Mixalko Azərbaycanın İrandakı səfrliyinə silahlı hücumu şərh edib.
"Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum barədə xəbərdən dəhşətə gəldim. Diplomatik nümayəndəliklərə hücumlar yolverilməzdir. Həlak olan şəxsin ailəsinə başsağlığı verirəm və yaralıların tezliklə sağalmasını diləyirəm", - Mixalko Twitter hesabında yazıb.
Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat veri ki, 27 yanvar tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. **
R.Əhmədov