“Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiyaya daha üç yeni iştiqamət əlavə edib. Mart ayından etibarən aviaşirkət Novosibirsk, Yekaterinburq və Samara şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
Aviadaşıyıcının məlumatına görə, martın 16-dan etibarən həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı Novosibirsk şəhərinə uçuşlara başlanılır.
AZAL martın 19-dan etibarən isə həftədə iki dəfə – çərşənbə və bazar günü Yekaterinburq şəhərinə uçuşlar yerinə yetirəcək.
Bundan əlavə, AZAL-in tərkibinə daxil olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti martın 18-dən etibarən Samara şəhərinə reyslər yerinə yetirəcək. Bu şəhərə uçuşlar çərşənbə axşamı və şənbə günü nəzərdə tutulub.
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətlərin rəsmi www.azal.az və www.butaairways.az saytlarında tanış ola bilərsiniz. Reyslərə aviabiletləri AZAL və “Buta Airways” mobil tətbiqləri vasitəsilə də əldə etmək mümkündür. **
N.Abbasova