2022-ci ildə Baş Prokurorluq tərəfindən 71,5 milyon manat məbləğində ziyanın ödənilməsi təmin edilib. Bu barədə Baş prokuror Kamran Əliyev bəyan edib.
“2022-ci ildə Baş Prokurorluq istintaq tədbirləri çərçivəsində 71,5 milyon manat məbləğində vurulmuş maddi ziyanın ödənilməsini təmin edib. Ötən il prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 100,609 milyon manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilib. Bu məbləğdən 71,5 milyon manat məbləğində ziyanın ödənilməsi təmin edilib”, - Əliyev Baş Prokurorluğun geniş kollegiya iclasında bildirib.
Bundan başqa, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə 20,213 milyon manat məbləğində pul vəsaitinin ödənilməsinə nail olunub. **
B.Rüstəmbəyov