"Təmiz Şəhər" ASC Şuşa şəhərində məişət tullantılarının idarə olunması üçün 4,7 milyon manata yaxın dəyərində xüsusi texnika və konteynerlər alır.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən məlumat verir ki, "Hayat Group"MMC ilə 6 ədəd xüsusi texnika və 300 konteynerin alışına dair müvafiq müqavilə bağlanıb. Tədarük 90 gün ərzində həyata keçirilməlidir.
Müqavilənin dəyəri - 4 milyon 668,08 min manatdır.
Xəbər verildityi kimi, 2021-ci il iyunun 22-də prezident İlham Əliyev “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncamda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşa şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yığılmasını, daşınmasını, yerləşdirilməsini və zərərsizləşdirilməsini “Təmiz Şəhər” ASC həyata keçirəcək.**
B.Rüstəmbəyov