Azərbaycanda koronavirus infeksiyasına 24 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 827 min 847-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 43 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan 3 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 80 nəfər təşkil edir. Virusa yoluxmuş 817 min 541 nəfər (sutka ərzində +37) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 226 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 413 (ötən gün 2 min 183 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 481 min 325 test aparılıb.**
X.Nəsirzadə