Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyərək, Azərbaycanla həmrəy olduğunu bildirb.
“Azərbaycanın Tehrandakı səfirliyinə bugünkü hücumu qətiyyətlə pisləyirəm. Diolomatik missiyalara hücum qəbuledilməzdir. Azərbaycanla həmrəy olduğumu bildirirəm və başsağlığı verirəm”, - Buriç Twitter hesabında yazıb.
Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verir ki, 27 yanvar tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. **
R.Kərimov