2022-ci ildə Azərbaycanda zərgərlik məmulatlarının ölkədaxili dövriyyəsi 42% artıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“2022-ci ildə qızıl və gümüşdən hazırlanmış zərgərlik məmulatlarının ölkədaxili dövriyyəsi 2021-ci illə müqayisədə 42% artaraq 152 milyon 835 min manat olub”, - Cabbarov Facebook səhifəsində yazıb.
Nazir qeyd edib ki, 2021-2022-ci illərdə zərgərlik bazarı üzrə dövriyyə 378% artıb. “Zərgərlik sənayesində kölgə iqtisadiyyatı ilə mübarizə tədbirləri və təşviq mexanizmlərinin tətbiqi müsbət nəticələrə yol açıb”, - Cabbarov vurğulayıb. **
B.Rüstəmbəyov