2022-ci ildə SOCAR şirkəti 7 milyon 785,286 min ton neft hasil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətin mətbuat xidmətindən məlumat verilir.
SOCAR-ın məlumatına görə, 2021-ci ildə şirkət tərəfindən 7 milyon 892,079 min ton neft hasil olunub. Beləliklə, 2022-ci ildə neft hasilatı 1,4% azalıb.
2022-ci ildə SOCAR üzrə qaz hasilatı 8 milyard 69,963 milyon kubmetr (artım 2,7%) təşkil edib.
“Enerji bazarlarında müşahidə edilən volatilliyə, həmçinin qlobal iqtisadi aktivliyin zəifləməsinə baxmayaraq, SOCAR ötən istehsalat ilini uğurla başa vurmağa nail olub. Müvəffəqiyyəti şərtləndirən amillər sırasında idarəetmənin təkmilləşdirilməsi, müəssisələrimizin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının tətbiqi, biznes dayanıqlığının gücləndirilməsi və əməliyyat effektivliyinin artırılması xüsusi yer tutub. Səmərəli fəaliyyətin nəticələri öz əksini şirkətin əsas istehsalat göstəricilərində də tapıb”, - SOCAR-ın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2021-ci ildə SOCAR 7 milyon 892,079 min ton neft (artım 6,5%) hasil edib. SOCAR üzrə qaz hasiları 7 milyard 857,594 milyon kubmetr (artım 7%) təşkil edib. **
N.Abbasova