Azərbaycan Xarici İşlər Nazirliyi İsraildə sinaqoqa silahlı hücumu pisləyib.
Bu barədə XİN-in Twitter hesabında məlumat verilir.
“Yerusəlimin Neve Yaakov məhəlləsindəki sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, - paylaşımda deyilir.
İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı 7 nəfər ölüb, 10 nəfər yaralanıb. İsrail polisi hadisəni terror aktı adlandırıb. **
V.Əliyev