Şənbə günü Azərbaycan ilə Misir arasında ikitərəfli əməkdaşlığın genişlənməsinə yönələn sənədlər paketi imzalanıb.
Sənədlər Azərbaycan və Misir prezidentlərinin Bakıda keçirilən danışıqlarının yekunlarına dair imzalanıb.
Xüsusilə, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Misir Ərəb Respublikasının Su Ehtiyatları və Suvarma Nazirliyi arasında su ehtiyatlarının idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. **
V.Əliyev