Misir Prezidenti Əbdülfəttah Əs-SisiQahuirənin Azərbaycanla qarşılıqlı səmərəli əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib.
“Danışıqlar zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına dair razılıq əldə olunmuşdu. Əlbəttə ki, bütün bunlar mövcud siyasi iradənin fonunda əlçatandır və inkişaf etdirilməsi mümkündür. Həmçinin Hökumətlərarası Müştərək Komissiyanın altıncı iclasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı və komissiyanın növbəti iclasının gündəliyinə salınacaq məsələləri müzakirə etdik. Misirdə əczaçılıq sahəsində əldə olunmuş nailiyyətləri vurğuladıq, mövcud infrastrukturdan Azərbaycanın dərman ehtiyaclarının ödənilməsi üçün hazır olduğumuzu bir daha bildirdik”, - Əs-Sisi şənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqların yekunlarına dair birgə bəyanatlarla çıxışı zamanı bildirib.
O vurğulayıb ki, Misir Azərbaycanla iqtisadi, ticari və mədəni sahələrdə əlaqələri daha da inkişaf etdirmək niyyətindədir.
Həmçinin, prezident Misirdə elektrik enerjisi istehsalı sahəsində həyata keçirilən islahatları və Qahirənin bu təcrübəni Bakı ilə bölüşməyə hazır olduğunu qeyd edib.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan lideri ilə danışıqlar zamanı həmçinin Misirin xarici investorlar qarşısında mövcud maneələrin aradan qaldırılması, onlar üçün şəraitin yaradılması və hüquqi prosedurların daha da asanlaşdırılması istiqamətində görülən tədbirlər barədəmüzakirələr aparılıb.
“Misirin Afrika qitəsinə qapı rolunu oynadığını nəzərə alaraq, ölkələrimiz arasında azad ticarət sahəsində imzalanmış sazişlərin vacib əhəmiyyət kəsb etdiyini vurğuladıq. Eyni zamanda, Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa hava əlaqəsinin olmasını xüsusi qeyd edərək, iki ölkə arasında birbaşa reyslərin sayının çoxaldılmasının vacibliyini, bunun iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımıza töhfə verəcəyini bildirdim”, - Əs-Sisi vurğulayıb. **
V.Əliyev