Azərbaycanda koronavirus infeksiyasına 33 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 827 min 880-nə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 24 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər (ötən gün 3 nəfər) vəfat edib.
Ölənlərin ümumi sayı 10 min 81 nəfər təşkil edir.
Virusa yoluxmuş 817 min 562 nəfər (sutka ərzində +21) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 237 nəfərdir. **
V.Əliyev