Azərbaycan Fövqəladə Hallar Nazirliyi məlumat verir ki, şənbə günü axşam saatlarında İranda baş vermis zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub.
Nazirliyin məlumatına əsasən, 28 yanvar tarixində saat 22:14-də Naxçıvan seysmik stansiyasından 108 km cənub-qərbdə, İran İslam Respublikasının Xoy şəhərində 10 km dərinlikdə 6,2 maqnituda zəlzələ qeydə alınıb.
“Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 5-3 bala qədər hiss olunub. İlkin məlumata əsasən, zəlzələ nəticəsində Naxçıvan ərazisində hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb”, - FHN-dən qeyd olunur. **
R.Əhmədov