İranda 4,8 bal güncündə daha bir zəlzələ qeydə alınıb. Təkanlar Naxçıvan Muxtar Respublikasında da hiss olunub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verir ki, yanvarın 29-da saat 18:41-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İranın Xoy şəhərində 4,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.
“Naxçıvan Muxtar Respublika ərazisində yeraltı təkanlar 4-3 bala qədər hiss olunub”, - Xidmətdən vurğulanıb.
Xəbər verildiyi kimi, dünən Naxçıvan sakinləri həmçinin İranım Xoy çşəhərində baş vermiş zəlzələni hiss ediblər. **
R.Əhmədov