2022-ci ildə SOCAR-ın qazma idarələri tərəfindən 73,084 min metr həcmində qazma işləri həyata keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“2022-ci ildə SOCAR tərəfindən 73,084 min metr qazma işi həyata keçirib. Bu, 2021-ci ilin nəticələri ilə müqayisədə 18,6% çoxdur”, - deyə məlumatda bildirilir.
2021-ci ildə SOCAR tərəfindən 61,644 min metr həcmində qazma işləri (2020-ci ilin göstəricisi ilə müqayisədə artım 10,3%) həyata keçirilib.*
N.Abbasova