Azərbaycanın Əlcəzairdəki səfiri Tural Rzayev etimadnaməsinin surətini bu ölkənin xarici işlər və xaricdəki milli icma naziri Ramtan Lamamraya təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Əlcəzair Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinə istinadən xəbər verir.
Prezident İlham Əliyev 2022-ci il oktyabrın 17-də Tural Rzayevin Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunması haqqında sərəncam imzalayıb.*
R.Kərimov