2022-ci ildə SOCAR 18 milyon 53,292 min ton neft ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Bundan başqa, hesabat dövründə SOCAR 2 milyon 242,099 min ton neft emalı və neft-kimya məhsulları (azalma 25,8%) ixrac edib.
2022-ci ildə Heydər Əliyev adına BNEZ-də 6 milyon 198,37 min ton neft (azalma 6,9%) emal olunub.
SOCAR-ın ixrac etdiyi neft həcmlərinə şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.*
N.Abbasova