Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) əməkdaşlarının könüllü tibbi sığortalanması xidmətlərinin satınalınması üzrə tender elan edib.
İddiaçılar tenderdə iştirak etmək üçün təkliflərini fevralın 24-dək təqdim etməlidirlər. Tender proseduru fevralın 27-də baş tutacaq.
Tenderdə iştirak haqqı 150 manatdır.
Tenderin şərtlərinə görə, könüllü tibbi sığorta SİF-in 85 əməkdaşını əhatə etməli, sığorta xidmətlərinin müddəti 1 il olmalıdır.*
R.Əhmədov