Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ildə dövriyyədə olan ödəniş kartlarının sayının artdığını qeyd edir.
AMB-nin məlumatına görə, 2023-cü il yanvarın 1-nə dövriyyədə olan ödəniş kartlarının sayı 13,257 milyon ədəd təşkil edib ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 20,1% çoxdur.
Ödəniş kartlarında artım debet kartları üzrə 18.7%, kredit kartları üzrə 29.4% təşkil edib. 2021-ci illə müqayisədə əməkhaqqı kartlarının sayı 144 min, kredit kartları 414 min, digər kartlar isə 1.6 milyon ədəd artıb.
AMB-nin qiymətləndirmələrinə görə, 2022-ci ildə ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Nağdsız əməliyyatların həcmi 58,563 milyard manat (artım 56,5%) təşkil edib. 2022-ci ildə debet kartları vasitəsilə 54,231 milyard manat məbləğində (+54,9%) 562,177 milyon əməliyyat (+81,9%), kredit kartları vasitəsilə 4,332 milyard manat məbləğində (+78,3%) 80,801 milyon əməliyyat (+74,7%) aparılıb.*
X.Nəsirzadə