İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şəkərli diabet üzrə Dövlət Proqramı çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələrinin satın alınmasına 46 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən xəbər verir ki, “Avromed Company” QSC ilə 45 milyon 855,968 min manat məbləğində müqavilə bağlanıb.
Cəmi 21 adda dərman vasitəsinin alınması planlaşdırılır.*
R.Kərimov