Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ildə bank müştərilərinin sayının artdığını qeyd edir.
AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, 2022-ci il dekabrın 31-nə bank müştərilərinin ümumi sayı 13 milyon 393,664 min (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 10%) təşkil edir. 2022-ci ilin dekabr ayında bank müştərilərinin sayı 1,4% azalıb.
31 dekabr 2022-ci il tarixinə bank müştəriləri arasında fiziki şəxslərin sayı 13 milyon 256,779 min (il ərzində artım 9,9%) təşkil edir. Bank müştərisi olan fiziki şəxslərin 635,677 mini (artım 25,9%) fərdi sahibkarlardır.
Bank müştərisi olan hüquqi şəxslərin sayı 136,885 mindir (artım 12,3%).
2022-ci il dekabrın 31-nə müştərilərin bank hesablarının sayı 31 milyon 989,931 min (artım 20,3%, dekabrda – 0,5%) təşkil edir. Bunun 25 milyon 769,754 mini cari hesablar (artım 17%), 5 milyon 920,325 mini (artım 37,8%) kredit hesabları, 299,852 mini (artım 16,8%) depozit hesablarıdır.
2022-ci ilin sonuna cari hesabların strukturunda fiziki şəxslər tərəfindən 25 milyon 465,042 min hesab (artım 17%), hüquqi şəxslər tərəfindən 304,712 min hesab (artım 15,6%) açılıb.*
X.Nəsirzadə