Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstan Prezidenti Katalin Novak yanvarın 30-da Budapeştdə danışıqlar aparıblar.
Azərbaycan liderinin saytında verilən məlumata görə, danışıqlar təkbətək və geniş tərkibdə baş tutub.
Macarıstan Prezidentinin dəftərxanasından verilən məlumata görə, görüş zamanı Novak Azərbaycan kimi tərəfdaşların Macarıstan üçün dəyərli olduğunu vurğulayıb.
Əliyev Azərbaycan-Macarıstan münasibətlərini yüksək qiymətləndirib, enerji sahəsində əməkdaşlığın möhkəmləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Əliyev, həmçinin Novakı Azərbaycana səfərə dəvət edib.*
R.Kərimov