Macarıstan Prezidenti Katalin Novak Bakını Budapeştin əsas strateji tərəfdaşı hesab edir.
“Azərbaycan Macarıstanın əsas strateji tərəfdaşıdır”, – deyə o, bu gün “Twitter”də yazıb.
Novak qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə (yanvarın 30-da Budapeştdə – İF) görüşdə Avropada enerji mənbələrinin şaxələndirilməsinin vacibliyini bildirib. Onun fikrincə, Azərbaycan bu məsələdə böyük rol oynayır.*
R.Kərimov