2022-ci ilin sonuna Azərbaycanın dövlət borcu ÜDM-in 11,7%-dək azalıb. Bunu maliyyə naziri Samir Şərifov deyib.
2021-ci ilin sonuna Azərbaycanın dövlət borcu ÜDM-in 18,2%-i səviyyəsində qiymətləndirilib.
S.Şərifov Maliyyə Nazirliyinin kollegiya iclasında qeyd edib ki, 2023-cü il yanvarın 1-nə Azərbaycanın xarici borcu ÜDM-in 8,6%-i səviyyəsində (2021-ci ilin sonuna ÜDM-in 14,9%-i), daxili borcu ÜDM-in 3,1%-i səviyyəsində (2021-ci ilin sonuna ÜDM-in 3,3%-i) qiymətləndirilir.
2023-cü ilin əvvəlinə dövlət borcunun strukturunda xarici borcun payı 74%, daxili borcun payı 26%-dir.
Kollegiya iclasında bildirilib ki, Maliyyə Nazirliyi dövlət borcunun dayanıqlılığını təmin etməyə nail olub.
Yeni ortamüddətli dövr üçün (2025-ci ilin sonuna qədər – İF) prioritetlər daxili borcalmanın artırılması, xarici borcalmanın tədricən azaldılması, dəyişkən faizli borcların sabit faizli borclarla əvəz edilməsidir.*
R.Əhmədov