2021-2022-ci illərdə işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulması işləri üçün dövlət büdcəsindən 6,5 milyard manat ($3,8 milyard) ayrılıb. Bunu maliyyə naziri Samir Şərifov deyib.
“İki il ərzində işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulması işləri üçün dövlət büdcəsindən 6,5 milyard manat vəsait ayrılıb”, - deyə o, Maliyyə Nazirliyinin geniş kollegiya iclasında bildirib.
Nazir qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən ümumilikdə 4 milyard 315 milyon manat vəsait ($2,53 milyard) ayrılıb.*
B.Rüstəmbəyov