Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yanvarın 30-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.
“Görüş zamanı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin müddəalarının həyata keçirilməsi kontekstində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə edilib”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Rusiya Xarici İşlər Nazirliyinə istinadən bildirir.
Tərəflər, həmçinin bir sıra aktual beynəlxalq və regional mövzulara, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların həyata keçirilməsi əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivlərinə də toxunublar.*
R.Əhmədov