2022-ci ildə Azərbaycanda baş vermiş yanğın hadisələri zamanı 51 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“Bu, 2021-ci illə müqayisədə 13 nəfər çoxdur”, - nazirlikdən bildirilir.
Bu dövrdə çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə baş vermiş yanğın hadisələri nəticəsində 45 nəfər (bir il əvvəl 34 nəfər) həlak olub. Bundan başqa, digər yanğınlar zamanı 6 nəfər həlak olub.
Hesabat dövründə yanğın hadisələri zamanı 219 nəfər (artım 69,8%) xəsarət alıb.
2022-ci ildə Azərbaycanda 2,095 min yanğın hadisəsi (artım 0,1%) baş verib.**
X.Nəsirzadə
·
·
·
·
·