Avropa İttifaqı (Aİ) Bakı ilə İrəvan arasında gərginliyi aradan qaldıra biləcək, Ermənistanda Azərbaycanla sərhəddə mülki missiyasının (EUMA) uğurlu fəaliyyəti üçün Bakı ilə qarşılıqlı fəaliyyəti təşkil etməlidir. Brüsseldə yerləşən “Beynəlxalq Böhran Qrupu”(BBQ) qeyri-hökumət təşkilatında belə hesab edirlər.
Xəbər verildiyi kimi, yanvarın 23-də Avropa İttifaqı Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində Ermənistanda Aİ-nin mülki missiyasının yaradılmasına dair qərar qəbul edib. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, yerlərdə etimadın möhkəmlənməsinə töhfə vermək və Aİ tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.
“İndi Brüssel müşahidəçilərin yerləşdirilməsinə hazırlaşdı zaman, bir çox operativ detalları işləmək, həmçinin Bakı ilə əməkdaşlığın qurulmasına diqqət yetirməlidir, çünki onsuz missiya nə Azərbaycan ərazisinə, nə də sərhəd zonasının ayrı-ayrı sahələrinə giriş əldə edə bilməz, hər iki tərəflə (Bakı və İrəvanla - İF) razılaşdırmadan monitorinq keçimək çox təhlükəli olardı”, - BBQ-nin “İnterfaks-Azərbaycan”ın əldə etdiyi
“Ermənistanla Azərbaycan arasında yeni mharibənin qarşısını alınması” adlı hesabatında deyilir.
QHT-nin analitikləri həmçinin Aİ missiyasının Ermənistanda yerləşdirilmiş Rusiya qüvvələri ilə birgə iştirak yollarının axtarışının zəruriliyini qeyd ediblər.
BBQ-də hesab edirlər ki, Aİ Bakı ilə Irəvan arasında yeni müharibənin qarşısını almaq üçün dərhal hərəkət etməlidir, çünki Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları dalana dirəndiyi şəraitdə hərbi əməliyyatların bərpa edilməsi riskləri yüksək olaraq qalır. Eyni zamanda, BBQ-nin analitiklərinin qiymətləndirmələrinə görə, Azərbaycan Ermənistan üzərində böyük hərbi üstünlüyə malikdir. **
R.Kərimov