2022-ci ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlakçılardan 5,57 min şikayət daxil olub. Bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bəyan edib.
2022-ci il ərzində istehlakçılardan daxil olan 5,57 min müraciətə baxılıb. Bunlardan 2,26 min müraciət təmin olunub”, - Abbasbəyli çərşənbə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, şikayət rəqdim edən şəxslərə ümumilikdə 318,356 min manat məbləğində vəsait geri qaytarılıb. Bundan başqa, 19,837 min manat məbləğində dəymiş zərər ödənilib. **
B.Rüstəmbəyov