2022-ci ildə Azərbaycanda baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 67 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
İlin əvvəlindən respublika ərazisində 16,714 min təbii və texnogen mənşəli hadisə (2021-ci illə müqayisədə 9,6% çox) baş verib.
Bu hadisələr nəticəsində 67 nəfər (bir il əvvəl 55 nəfər) həlak olub, 296 nəfər (bir il əvvəl 206 nəfər) xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 104 nəfər xilas edilib, 1,399 min nəfər təxliyə olunub.
Hesabat dövründə respublika ərazisində 75 partlayış hadisəsi baş verib ki, bu da 2021-ci illə müqayisədə 2,6% azdır. Partlayışlar zamanı 15 nəfər həlak olub, 77 nəfər xəsarət alıb.**
X.Nəsirzadə