2022-ci ildə Azərbaycanda avtomobil alışı üçün verilən istehlak kreditləri üzrə orta dərəcə 2 f.b. – illik 15%-dək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Mərkəzi Bankdan məlumat verilib.
Ötən il istehlak kreditlərin bəzi növləri üzrə dərəcələrin artımı müşahidə olunur. Xüsusilə, məişət avadanlığının alışına istehlak kreditləri üzrə orta dərəcə 23% (2021-ci ildə - 21%), mənzil təmirinə kreditlər üzrə - 23% (21%) təşkil edib.
Milli valyutada kredit kartları vasitəsilə istehlak kreditləri üzrə orta dərəcə 1 f.b. - 26%-dək artıb. Həmçinin, xarici valyutada kredit kartları vasitəsilə istehlak kreditləri üzrə orta dərəcə 1 f.b. – 8%-dək artıb.
2022-ci il dekabrın sonuna milli valyutada istehlak kreditlərin digər növləri üzrə istehlak kreditləri üzrə orta dərəcə 19% (21%), xarici valyutada – 5% (4%) təşkil edib. **
X.Nəsirzadə