Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “CzechTrade”in Bakı ofisinin rəhbəri Antonin Marcik ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir.
Görüş zamanı Məmmədov Azərbaycanla Çexiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün imkanları və bu sahədə özəl sektorun rolunu artırmağın əhəmiyyətini vurğulayıblar. O, biznes dairələri arasında əməkdaşlığın inkişafı baxımından “CzechTrade”in Bakı ofisinin əlverişli platforma olduğunu qeyd edib.
“Marcik bildirib ki, bir sıra sahələrdə, o cümlədən avtomobil və qida sənayesi sferasında fəaliyyət göstərən Çexiya müəssisələri Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə “CzechTrade” səylərini daha da artıracaq”, - məlumatda qeyd edilir.
Bundan əlavə, iqtisadi əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb. **
X.Nəsirzadə