Azərbaycanda koronavirus infeksiyasına 35 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 827 min 944-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 6 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 85 nəfər təşkil edir.
Virusa yoluxmuş 817 min 654 nəfər (sutka ərzində +54) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 205 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 256, hazırkı dövrədək isə ümumilikdə 7 milyon 487 min 550 test aparılıb.**
X.Nəsirzadə