Azərbaycan prezidenti İlham Əliyev “Hədəfli maliyyə sanksiyaları haqqında”qanunu təsdiq edib.
Qanunun mətni rəsmi mətbuatda dərc olunub.
Qanun 1 fevral 2023-cü ildən etibarən qüvvəyə minir.
Qanun 5 fəsil və 14 maddədən ibarətdir.
Bu qanun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə uyğun olaraq terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən edir. **
R.Əhmədov