Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) “Azerspace-1” peykinin bütün risklərdən sığortalanması xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, tender komissiyasının qərarına əsasən, “PAŞA Sığorta” şirkəti tenderin qalibi olub.
Tərəflər arasında bağlanmış müqavilə çərçivəsində “PAŞA Sığorta” şirkətinə 946,5 min manat ödəniləcək.
Müqavilənin müddəti bir ildir (01.02.2023 – 01.02.2024).
“Azerspace-1”in dəyəri $80 milyondur.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.*
R.Əhmədov