Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) mayın 2-dən etibarən Bakı-Vyana-Bakı marşrutu üzrə aviareyslərə start verir.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu marşrut üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günü yerinə yetiriləcək.
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmiwww.azal.azsaytında tanış olmaq olar. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.*
N.Abbasova