Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Füzuli şəhərində 8,9 hektar torpaq sahəsində daha 14 yaşayış binasının tikintisinə 29 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyiwww.etender.gov.azportalına istinadən xəbər verir ki, “Körpü-Bina-Tikinti” və “Ricon” şirkətlər konsorsiumu, eləcə də “T.T.Ş İnşaat” şirkəti ilə ümumilikdə 29 milyon 211 min manat məbləğində müqavilələr bağlanıb.
“Körpü-Bina-Tikinti”/”Ricon” şirkətlər konsorsiumu ilə bağlanmış 14 milyon 213,437 min manat məbləğində müqavilə 25, 26, 27, 28, 29, 30 və 31 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini nəzərdə tutur.
“T.T.Ş İnşaat” şirkəti ilə bağlanmış müqavilə 32, 33, 34, 35, 36, 37 və 38 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini nəzərdə tutur. Müqavilənin dəyəri 14 milyon 997,777 min manatdır. Bu, şirkətlə Füzuli şəhərində yaşayış binalarının tikintisi ilə bağlı imzalanmış ikinci müqavilədir. Daha əvvəl “T.T.Ş İnşaat” 6 binanın (13-18 nömrəli) tikintisi üzrə tenderin qalibi olub. Şirkətlə 11 milyon 631,733 min manat məbləğində müqavilə bağlanıb.
Beləliklə, Füzuli şəhərində 8,9 ha sahədə 38 yaşayış binasının tikintisi üzrə podratçılar seçilib. 1-6 nömrəli çoxmənzilli yaşayış binaları “El-Seym İnşaat” və “SNT İnşaat Şirkəti” şirkətlər konsorsiumu (14 milyon 436 min 428,72 manat), 7-12 nömrəli yaşayış binaları “Merkuri-İnşaat” və “Araz İnşaatçı” şirkətlər konsorsiumu (13 milyon 955,913 min manat), 13-18 nömrəli yaşayış binaları “T.T.Ş İnşaat” şirkəti (11 milyon 631 min 733,47 manat), 19-24 nömrəli yaşayış binaları “El-Seym İnşaat” və “SNT İnşaat Şirkəti” şirkətlər konsorsiumu (14 milyon 209,151 min manat), 25-31 nömrəli yaşayış binaları “Körpü-Bina-Tikinti” və “Ricon” şirkətlər konsorsiumu (14 milyon 213,437 min manat), 32-38 nömrəli yaşayış binaları isə “T.T.Ş İnşaat” şirkəti (14 milyon 997,777 min manat) tərəfindən inşa olunur.*
R.Kərimov