Azərbaycandakı aqroparkların ərazilərində pambıqçılıq və ipəkçilik klasterlərinin yaradılması ilə bağlı Özbəkistan şirkətləri ilə danışıqlar davam edir, layihələrin texniki-iqtisadi əsaslandırması hazırlanır. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədrinin müavini Zamir Dibirov bu gün mətbuat konfransında deyib.
“Danışıqlar “Uzbekipaksanoat” və “Uztekstilprom” assosiasiyaları ilə imzalanmış ipəkçilik, pambıqçılıq və tekstil sənayesi sahələrində əməkdaşlıq memorandumları çərçivəsində aparılır”, - deyə sədr müavini bildirib.
Onun sözlərinə görə, hazırda investorlarla danışıqlar aparılır, layihələr üzrə texniki-iqtisadi əsaslandırmalar hazırlanır, torpaq sahələrinin ayrılması məsələləri həll edilir.
2 pambıqçılıq və 1 ipəkçilik klasterinin yaradılması planlaşdırılır.*
B.Rüstəmbəyov