2022-ci ildə Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 2 milyard 155,3 milyon manatlıq ($1 milyard 268 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, bank əməliyyatlarının həcmi 2021-ci illə müqayisədə 66,1% artıb.
Yanvar ayında aparılan əməliyyatların həcmi 204,7 milyon manat, fevralda 186,5 milyon manat, martda 158,5 milyon manat, apreldə 136,6 milyon manat, mayda 184,1 milyon manat, iyunda 203,6 milyon manat, iyulda 213,6 milyon manat, avqustda 214,6 milyon manat (2022-ci ilin əvvəlindən maksimum göstərici), sentyabrda 155,5 milyon manat, oktyabrda 149 milyon manat, noyabrda 158,1 milyon manat, dekabrda 190,5 milyon manat təşkil edib.
2021-ci ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 1,3 milyard manat ($764,7 milyon) təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 3 dəfə çoxdur.*
N.Abbasova