Fevral ayının 1-də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı baş tutub. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə DSX-dən məlumat verilib.
“Tərəflər mövcud əlaqələrin yüksək səviyyədə olmasını vurğulayaraq qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini müzakirə edib, ölkələrimiz arasında təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilib.
E.Quliyev yeni vəzifəyə təyin olunması münasibətilə Y.Qallantı təbrik edib.*
R.Kərimov