Serbiya Prezidenti Aleksandr Vuçiç fevralın 1-də Bolqarıstana gəlib. Bolqarıstan ərazisində iki ölkənin qaz nəqli sistemlərini birləşdirəcək və Serbiyaya TAP qaz kəməri vasitəsilə nəql olunan Azərbaycan qazını almağa imkan verəcək interkonnektorun tikintisinə başlanılır.
Serbiyada bu işlərə 2022-ci ilin fevralında start verilib.
Serbiyanın PTC teleradio şirkəti bildirir ki, bu birləşdirici xətt Cənub Qaz Dəhlizinə çıxış əldə etməklə Azərbaycandan alternativ qaz təchizatını təmin edəcək.
Bolqarıstan-Serbiya birləşdirici qaz kəmərinin ümumi uzunluğu 170 km təşkil edəcək və bunun 109 km-i Serbiya ərazisindən keçəcək. Kəmərlə hər iki istiqamətdə ildə 1,8 milyard kubmetrə qədər qaz nəqli mümkün olacaq. Avropa İnvestisiya Bankının qiymətləndirmələrinə görə, layihənin dəyəri 85,5 milyon avro təşkil edəcək.
Qaz kəmərinin oktyabrda açılışı gözlənilir.*