İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant bildirib ki, bu gün Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə telefon danışıqları zamanı müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
“Mən bu gün səhər Azərbaycandakı tərəfdaşlarım, müdafiə naziri general-polkovnik Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Quliyevlə danışdım. Biz ölkələrimiz arasında mühüm müdafiə əlaqələrini müzakirə etdik və əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiq olduğumuzu bildirdik”, - deyə o, “Twitter” hesabında yazıb.
Qallant Azərbaycanla bu istiqamətdə əməkdaşlığın bölgədə sülh və sabitliyə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.*
R.Kərimov