2022-ci ildə “Azexport.az” portalına ümumilikdə $469,9 milyon məbləğində ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azexport.az” portalına ümumilikdə $496,1 milyon məbləğində ixrac sifarişləri daxil olub. “İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, sifarişlərin həcmi 5,3% azalıb.
Yanvarda ixrac sifarişlərinin həcmi $45,2 milyon, fevralda $38,7 milyon, martda $48,7 milyon, apreldə $30,1 milyon, mayda $52,3 milyon (ilin əvvəlindən maksimum həcm – İF), iyunda $33,4 milyon, iyulda $40 milyon, avqustda $32,8 milyon, sentyabrda $35,1 milyon, oktyabrda $37,3 milyon, noyabrda $30,9 milyon, dekabrda $45,4 milyon təşkil edib.
2021-ci ildə “Azexport.az” portalına $496,1 milyon məbləğində ixrac sifarişləri daxil olub, 2020-ci illə müqayisədə azalma 18,8% təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2016-cı ilin dekabr ayında “Azexport.az” portalını istifadəyə verib. Fəaliyyət göstərdiyi dövr ərzində portala ümumilikdə $3,2 milyard məbləğində ixrac sifarişləri daxil olub.*
B.Rüstəmbəyov