Azərbaycanda koronavirus infeksiyasına 39 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 827 min 983-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 35 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər (ötən gün 4 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 10 min 87 nəfər təşkil edir.
Virusa yoluxmuş 817 min 698 nəfər (sutka ərzində +44) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 198 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1849, hazırkı dövrədək isə ümumilikdə 7 milyon 487 min 550 test aparılıb.*
B.Rüstəmbəyov