Nazirlər Kabinetinin qərarı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun işçilərinin aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən artırılıb.
Qərara əsasən, İşçi qrupunun rəhbərinin aylıq vəzifə maaşı 1760 manat (əvvəllər 1,53 min manat), İşçi qrupunun rəhbərinin müavininin maaşı 1228 manat (əvvəllər 1,068 min manat), baş məsləhətçinin maaşı 890 manat (əvvəllər 774 manat), böyük məsləhətçinin maaşı 794 manat (əvvəllər 690 manat) məbləğində müəyyən edilib.
Artım 15% təşkil edib.*
B.Rüstəmbəyov