Prezident İlham Əliyev fevralın 1-də “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiq edilib.
Müvafiq fərman dövlət başçısının saytında dərc olunub.
Memorandum Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Əlcəzairə səfəri çərçivəsində 2022-ci il noyabrın 29-da imzalanıb.
Memorandum quruda və dənizdə karbohidrogenlərin tədqiqi və istehsalı, karbohidrogen layihələrinin, neft - kimya sənayesinin inkişafı, enerji məhsullarının marketinqi, nəqliyyatı və paylanılması üzrə əməkdaşlığı nəzərdə tutur.
Sənəd, həmçinin “Azeri Light” və digər xam neft növlərinin tədarükü, “yaşıl enerji” (hidrogen)istehsalı layihələrinin tətbiqi və hidrogenin daşınması ilə bağlı araşdırmaların aparılması, neft - qaz sektoru üzrə tənzimləyici, idarəetmə müəssisələrinin təşkili və yaradılması, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi istiqamətlərində fəaliyyəti əhatə edir.
Memorandumdan irəli gələn məsələlərin icrası üçün Birgə İşçi Qrupunun yaradılması planlaşdırılır.
R.Kərimov