Fevralın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Uqanda Respublikasının xarici işlər naziri Odonqo Cece Abubakar arasında telefon danışığı olub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Tərəflər 2023-cü ilin dekabrında Uqandanın Kampala şəhərində keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatının19-cu Zirvə Görüşünə hazırlıq məsələlərini müzakirə ediblər”, - deyə məlumatda bildirilib.
Zirvə Görüşündə Qoşulmama Hərəkatına sədrlik Azərbaycandan Uqandaya keçəcək.
Telefon danışığı zamanı cari ilin mart ayında Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasına dair hazırlıq işləri barədə ətraflı məlumat verilib.*
R.Kərimov