Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) daşıma qabiliyyətinin artırılması üzrə işçi qrupu yaradılıb. Bunu Qazaxıstanın energetika nazirinin müavini Aset Maqauov deyib.
“Layihənin məqsədi 2023-cü ildə 6,5 milyon ton, 2024-cü ildə 7,5 milyon ton, 2025-ci ilin sonunadək isə 15 milyon tona qədər daşıma qabiliyyətini təmin etməkdir”, - deyə A.Maqauov bu gün Astanada Energetika Nazirliyinin geniş kollegiya iclasında çıxışı zamanı bildirib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizin bir hissəsidir.*